Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Səudiyyə Ərəbistanında keçmiş ərini təhqir edən qadına həbs cəzası verilib. “RİA Novosti” xəbər verir ki, 5 il əvvəl boşandığı ərinə “Whatsapp”, “Snapchat” və digər sosial platformalardan senzuradan kənar ifadələr yazan qadının məhkəməsində hakim 3 gün həbsə qərar verib. Bunda onun mesajlarında irqçi motivlərin olması da rol oynayıb. Qadın, həmçinin bir daha keçmiş ərinə mesaj yazmayacağı haqqında sənədə imza atıb.