Rusiya yarımadaya 40 təyyarədən 2500 desant atdı
Rusiya Silahlı Qüvvələrinin 2500 nəfərlik desant qüvvəsi Krım yarımadasının şərq hissəsinə endirilib. Axar.az xəbər verir ki, bu barədə RİA yazıb. Məlumata görə, sözügedən addım hərbi-desant qüvvələri və hərbi-nəqliyyat aviasiyasının təlimləri zamanı atılıb. Desant qüvvələri 600 metr məsafədən 40 ədəd İl-76 təyyarəsi vasitəsilə yarımadaya atılıb. Bundan sonra qüvvələr şərti düşmən hədəfini ələ keçirərək onu məhv ediblər.