Azərbaycanda gənc qız qarpız yedi, öldü
Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümlə nəticələnib. APA-nın məlumata görə, bədbəxt hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəmilə Əlizadə səhhəti pisləşdiyi üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadın qarpızdan zəhərlənib. Faktla bağlı araşdırma aparılır.