Zelenskinin müşaviri rus dili və Rusiyanın adının dəyişdirilməsini təklif edib
Ukrayna lideri Vladimir Zelenskinin müşaviri, "Xalqın xidmətçisi" partiyasından deputatlığa namizəd Nikita Poturayev rus dili və Rusiyanın adının dəyişdirilməsini təklif edib. Bu fikri o, "Ukrlife.TV" telekanalının canlı efirində səsləndirib.

Siyasətçinin fikrincə, Ukraynada tərtib olunan xəritələrdə Rusiyanı Moskoviya adlandırmaq üçün heç bir maneə yoxdur.

Salamnews RT-yə istinadən xəbər verir ki, özünü filoloq adlandıran Poturayev Ukrayna ruscasının Rusiya ruscasından fərqləndiyini qeyd edib.

O, həm də vurğulayıb ki, Ukraynada vahid dövlət dili var, rus dili isə digər dillər kimi milli azlıqların dillərindən biridir.