Bakıda intihar - Yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.  Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.  Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.  İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.