Bakıdan qalxan təyyarə Batumiyə çata bilmədi
Bakıdan Batumiyə gedən təyyarə geri dönüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Buta Airways” məlumat yayıb.
Qeyd olunub ki, Batumi hava limanında qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportuna uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.