“Soğanın qiyməti heç də baha deyil” – nazir müavini
“Soğanın qiyməti heç də baha deyil. Bu məhsul, demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır”. Musavat.com bildirir ki, bu barədə İmişlidə keçirilən “Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativinin” təsis konfransı zamanı kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərin suallarına cavab verərkən bildirib. Nazir müavini həmçinin qeyd edib ki, bu il ölkədə soğanın məhsuldarlığı yüksəkdir: “Bu il bol məhsul var, buna görə də onun qiymətində azalma var. Hətta ötən il Azərbaycandan xarici ölkələrə də ixracı həyata keçirilib”. Nazir müavini onu da qeyd edib ki, yaxın vaxtlarda “Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası” İctimai Birliyi yaradılacaq.