Nazir seks qalmaqalına görə istefa verdi
ABŞ-ın Əmək naziri Aleksander Akosta istefa verib.
Qaynarinfo xəbər verir ki, prezident Donald Tramp və Aleksander Akosta qərarı mətbuat konfransı ilə açıqlayıb.
Qeyd edək ki, naziri addımına səbəb adının ötən günlərdə həbs edilən milyarder Ceffri Epşteynlə birlikdə pedofiliya cinayətlərində hallanmasıdır. 
Aleksander Akosta 2017-ci ildən bəri D.Tramp hökumətində yer alır. Onu bu vəzifədə köməkçisi Patrik Pizzella əvəz edəcək.