Ada yoxa çıxdı (FOTO)
Oman dənizində, Pakistanın Qvadar şəhəri yaxınlığında yerləşən "Zalzala Koh" adası yoxa çıxıb.
Qaynarinfo xəbər verir ki, Bəlucistan və Sindh əyalətlərində 7,7 ballıq zəlzələdən sonra uzunluğu 40, hündürlüyü 20 m olan oval ada yaranmışdı. NASA-nın peyk görüntülərində palçıq vulkanı əsasında yaranan adanın yoxa çıxdığı müəyyənləşib. 
Qeyd edək ki, palçıq əsasında yaranan bu tip adalar əsasən 6 il ərzində yoxa çıxırlar. Pakistanda zəlzələlərdən sonra yaranan adalara əvvəllər də rast gəlinib.