Fəhlə hündürlükdən yıxılıb öldü
Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin dəmir sexlərinin birində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Nicat Əsədov işlədiyi sexdə hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.