Səudiyyə qadınları kişilərdən icazə almayacaq
Səudiyyə Ərəbistanında qadınlar səfər etmək üçün artıq kişilərdən icazə almayacaq.
Qaynarinfo xəbər verir ki, bunun üçün nəzərdə tutulan qanun il ərzində qüvvəyə minəcək. Səudiyyə Ərəbistanında qadınlar və yaşı 21-dən az olan kişilər ölkəni tərk etmək üçün ailəsinin kişi üzvündən rəsmi icazə almalıdır. Dəyişikliklə yaşı 18-dən böyük qadınlar, yaşı 21-dən az olan kişilər sərbəst səyahət hüququ əldə edəcəklər.