Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb
Azərbaycan əsilli iş adamı və müğənni Emin Ağalarov Rusiyanın məşhur "OK!" jurnalının və eyniadlı saytın sahibi olub. "Report" xəbər verir ki, bu barədə TASS-a "Forbes Russia"nın Marketinq və ictimaiyyətlə əlaqələr direktoru Dmitri Ozman bildirib. "OK!" jurnalının yeni sahibi iş adamı Emin Ağalarov olub. Müqavilə iyulun 12-də bağlanılıb və proses bir ay ərzində yekunlaşacaq. Məşhur jurnal, eləcə də eyniadlı sayt "Jara" mediaholdinqinin aktivinə keçir", - D.Ozman söyləyib. "Forbes Russia"dan bildiriblər ki, dəyişikliklər yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək və Vadim Vernik baş redaktor kimi qalacaq.