Rusiyada helikopter qəzaya uğrayıb, 10 nəfər xəsarət alıb
Rusiyanın Kamçatka diyarının Yelozovsk rayonunda “Mi-8” helikopterinin sərt enişi nəticəsində 10 nəfər xəsarət alıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı regional fövqəladə hallar idarəsinin mətbuat xidməti yayıb. Məlumatda bildirilib ki, helikopterin göyərtəsində sərnişin və 3 ekipaj üzvü, texniki yük də olub. Qəzanın nəticələrinin aradan qaldırlıması üçün hadisə yerinə 11 nəfər və 2 texnika cəlb edilib.