Aİ Şimali Koreyaya sanksiya müddətini uzatdı
Avropa İttifaqı Şimali Koreyaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin dərc etdiyi press-relizdə məlumat verilib.
Həmin sanksiyalar 9-u hüquqi olmaqla ümumilikdə 57 nəfərə tətbiq edilir. 
Aİ-nin KXDR-ya qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrində adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.