Məni öldürməsələr, yaxşı olacaq – Musa Yaqub
Hazırda özümü çox yaxşı hiss edirəm. Bu sözləri Kult.az-a açıqlamasında xalq şairi Musa Yaqub səhhəti barədə danışarkən deyib. O, hazırda müalicəsinin davam etdiyini bildirib: “Çox şükür, hər şey qaydasındadır. Müalicə olunuram, tez-tez yoxlanmağa gedirəm”. Xalq şairi səhhəti ilə bağlı zarafat da edib: “Əgər məni öldürməsələr, yaxşı olacaq”. Qeyd edək ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir.