Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb
Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 11% azalaraq 10 min ABŞ dollarından aşağı düşüb.  “Report” “Coinmarketcap” nəşrinə istinadən xəbər verir ki, hazırda rəqəmsal valyuta 9 500 - 9 600 dollar arasında realizə edilir.