Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə
Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.  Azərbaycanın "Qarabağ" klubu Bakıda Albaniyanın "Partizani" klubunu qəbul edib. Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 51-ci dəqiqəsində Filip Ozobiç, 90+4-cü dəqiqəsində isə Dani Kintana fərqləniblər. Beləliklə, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.