“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır
Çinin "Xiaomi" şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq.
 
"Legion" ICTnews-a istinadən bildirir ki, Finlandiyada yerləşəcək strukturun fəaliyyətinin təmini üçün "Xiaomi Finland Oy" adlı yeni şirkət rəsmən qeydiyyatdan keçib.
 
Bildirilir ki, mərkəz mütəxəssisləri səyləri mobil qurğu kameraları üçün yeni texnologiyaların hazırlanmasına yönəldəcək. Perspektivdə bu həllər "Xiaomi" aparatlarında, eləcə də "Redmi" brendli qurğularda tətbiq ediləcək.
 
Bundan başqa, proqram təminatı, İT sistemləri və telekommunikasiya avadanlıqları kimi, bir sıra perspektivli istiqamətlər üzrə tədqiqatlar aparılacaq.
 
"Xiaomi Finland Oy" şirkətinin idarəedici direktoru vəzifəsinə "Xiaomi Finland" bölməsinin icraçı direktoru Devid Artur Feliks təyin edilib.
 
Qeyd edək ki, "Xiaomi" şirkəti dünyanın ən böyük smartfon tədarükçülərindəndir. Şirkətin məlumatına görə, cari ilin birinci rübündə 27,9 milyon "Xiaomi" smartfonu tədarük edilib.