Türkiyədə qəza: 14 ölü, 28 yaralı
Türkiyənin Van əyalətində miqrantları daşıyan mikroavtobus yolun kənarındakı çuxura aşıb. 
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər ölüb, 28-i isə yaralanıb. 

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub. Yaralılar Vandakı xəstəxanalara aparılıb.