“Qarabağ” “Ayaks”la qarşılaşa bilər
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. 
Azvision.az -ın məlumatına görə, təmsilçimiz 2-ci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdırarsa, səpələnməmişlər səbətində yer alacaq. 

Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada “Qarabağ” nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcək. 

Çempionlar Liqası, III təsnifat mərhələsi 

Səpələnmişlər 

“Ayaks” (Hollandiya) 
“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi 
“Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi 
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi 
BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi 
APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi 


Səpələnməmişlər 

PAOK (Yunanıstan) 
“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi 
“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi 
“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi 
“Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi 
"Ferensvaroş" (Macarıstan) – "Valetta" (Malta) cütünün qalibi