Tehrandan Vaşinqtona cavab: ABŞ öz PUA-sını vurub
İran XİN rəhbərinin köməkçisi Abbas Araqçı ölkənin Hörmüz boğazında pilotçuz uçan aparat itirmədiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, A.Araqçının mövqeyində ABŞ-ın öz PUA-sını vurma ehtimalından söz açılıb.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp İrana məxsus pilotsuz uçuş aparatını "USS Boxer" gəmisinə 900 metr məsafəyə qədər yaxınlaşdığı üçün vurduğunu açıqlamışdı.