Dünyanın ən gözəl bayraqlarının siyahısı açıqlanıb
Bayraq İnstitutunun üzvü, ekspert Conni Şarpls dünyanın ən gözəl bayraqlarının siyahısını tərtib edib. AZƏRTAC xəbər verir ki, siyahıda ilk üçlükdə Papua-Yeni Qvineyanın, Konqo Demokratik Respublikasının və Bosniya və Herseqovinanın bayraqları yer alıb. Ekspert Bosniya və Herseqovinanın bayrağı ilə bağlı bildirib: “Etiraf edirəm ki, bu ölkənin bayrağının hər iki tərəfindəki göy zolaq kiminsə bayrağı düzgün şəkildə kəsmədiyi təəssüratını yaradır. Lakin bayraqda iki əsas komponent var ki, bu da onu möhtəşəm edir: ulduzlar və diaqonallar. Bununla yanaşı, bayrağın ən yaxşı cəhəti göy və sarı rəng arasında olan təzaddır. Bu, Argentinanın “Boka