Face App: istifadəçilərin təlaşına əsas var

İlham İsmayıl: “ABŞ-ın narahatlığı üçün əsaslar var...”

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş “FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir. ABŞ Senatında demokratların lideri Çak Şumer belə deyib. O, məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal Ticarət Komissiyasına məktub göndərib. Ç.Şumer hesab edir ki, mənzil-qərargahı Sankt-Peterburqda yerləşən şirkətin hazırladığı mobil tətbiq milli təhlükəsizliyə və milyonlarla amerikalının məxfi məlumatları üçün təhlükə törədə bilər: “İstifadəçilər tətbiqdən istifadə etmək üçün şirkətə şəxsi fotoşəkillərinə və məlumatlarına tam və qeyd-şərtsiz giriş imkanı yaratmalıdır. Bu, o deməkdir ki, şirkət gələcəkdə istifadəçinin razılığı olmadan tətbiq vasitəsilə yüklənən fotoşəkillərdən istifadə edə bilər”. Proqramın Rusiya şirkəti tərəfindən hazırlanması amerikalı senatorda əlavə narahatlıqlar doğurur: “FaceApp”da şəxsi məlumatlarını yükləmiş milyonlarla amerikalının informasiyası Rusiya hökumətinin və ya onunla bağlı şirkətlərin əlinə keçə bilər". “FaceApp” tətbiqi Rusiyanın “Wireless Lab” şirkəti tərəfindən hazırlanıb. Tətbiq süni intellekt texnologiyasından istifadə etməklə yüklənən şəkillərdə insanların üz cizgilərini dəyişərək qocalıq dövrünü təsvir edir. FaceApp ile ilgili görsel sonucu “Wireless Lab” tətbiq haqqında yayılmış iddialara cavab verib. Proqramın yaradıcısı Yaroslav Qonçarov məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib. “Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, - Qonçarov bildirib. O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: “FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini “buludlar”da saxlayır. Biz, sadəcə, istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir". ABŞ Senatında demokratların lideri Çak Şumerin çağırışlarının nə dərəcədə əsaslı olmasını Federal Təhqiqatlar Bürosu və Federal Ticarət Komissiyası araşdıracaq. Ä°lham Ä°smayıl ile ilgili görsel sonucu Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, belə tətbiqlər cəmiyyət üçün sadə görünə bilər. Kimlərsə düşünə bilər ki, sıradan bir tətbiqdir: “Bundan əvvəl də insanlar müxtəlif kompüter proqramlarından istifadə etməklə uşağa bığ, saqqal qoyub qocalda və ya qoca insanı cavan göstərə bilirdilər. Bu baxımdan ”FaceApp" tətbiqi sıradan proqram kimi qəbul edilə bilər. Lakin ABŞ Senatında məsələyə bu cür yanaşma sərgilənirsə, deməli tətbiqlə bağlı əllərində nəsə məlumatlar var". İlham İsmayıl deyir ki, facebook sosial şəbəkəsi ABŞ vətəndaşına məxsusdur və bu şəbəkə dövlət büdcəsinə böyük vergilər ödəyir: “Belə görünür ki, ABŞ vətəndaşına məxsus olan sosial şəbəkədə yayılan Rusiya mənşəli tətbiqlə bağlı xüsusi xidmət orqanları məlumatlıdırlar. Rusların belə bir tətbiqi işləyib hazırlamasında da arxa plan, gizli maraqlar var. Rusiya prezidenti Vladimir Putin jurnalistlərin gələcəklə bağlı suallarına cavab verərkən demişdi ki, kim süni intellektə yiyələnəcəksə, dünyanın sahibi də o olacaq. Ona görə də Rusiya hazırda süni intellektə, texnolojiyə xüsusi önəm verir. ”FaceApp-ın süni intellektə əsaslanması da sıradan məsələ deyil. Dövlətlər bu tətbiqdən öz maraqları üçün yararlana bilərlər. Bu baxımdan ABŞ rəsmilərinin təlaşı başadüşüləndir. ABŞ bu məsələnin sonuna çıxmaq istəyir, araşdırılmasını, aydınlaşdırılmasını istəyir. ABŞ dövlətinin narahatçılığı üçün əsaslar var". İlham  İsmayıl deyir ki, perspektiv müharibələrdə insandan, canlı qüvvədən maksimum az istifadə edilməsi qarşıya qoyulan məqsədlərdəndir: “Maksimum çalışılır ki, kompüter arxasında oturmaqla lazım olan informasiyalar tapılsın. İnsan bəzi məsələlərdə əvəzolunmazdır, amma elə məsələlər də var ki, insanın çətinliklə nail ola biləcəyi işi texnologiyalar çox qısa zaman kəsiyində gerçəkləşdirə bilər. ABŞ bu baxımdan narahat olmadığı məsələyə bu cür reaksiya verməzdi”. E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”