Şirin şirələrin xərçəng riskini artırdığı bir daha təsdiqləndi- elmi araşdırma
Gündəlik içilən bir stəkan şirin su xərçəng riskini 18% artırır. Qazlaşdırılmış içkilər isə qaraciyərlərə fəsad törədir. Bununla bağlı Fransanın “Le Monde” qəzetinin yazarı Natan Mannın məqaləsi diqqət cəlb edir. “Qazlaşdırılımış içkilər, ümumiyyətlə, olduqca pis reputasiyaya malikdilər. Bəzi adamlar susuzluqlarını yatırmaq üçün guya şəkər və digər əlavələr olmadan qazlı içkilər içməyə üstülük verirlər. Yanlış! Hətta 100%-lik şirələr belə onlardan daha yaxşıdır,”-deyə məqalədə bildirilr. Qazlaşdırılmış içkilərin ən çox ürək-damar və şəkər xəstəliklərinə şərait yaratdığı bilinir. Lakin onların xərçənglə əlaqəsi barədə az araşdırılma aparılıb. “British Medical Journal” jurnalında bu ilin iyulun 11-də dərc olunan yeni tədqiqatlara görə, gündəlik içilən qazlı və ya şirinləşdirilmiş içki, meyvə şirəsi xərçəng riskini 18% artırır. Fransız alimləri “NutriNet- Santé” koqorta araşdırması aparıblar. Ölkənin Milli səhiyyə və tibbi tədqiqatlar institutunun Qidanın epidemiologiyası üzrə araşdırma qrupunun direktoru Matilda Tuvye 100 min insan üərində müayinə həyata keçirdiklərini və şirinləşdirilmiş içki ilə xərçəng arasında əlaqəni müəyyənləşdirə bildiklərini söyləyib. Matilda Tuvye süd vəzisi xərçənginin ən çox şirin şirələr qəbul edənlərdə aşkar olunduğunu qeyd edib. İnsitutun epidemioloqu və xərçəng xəstəliyi üzər eskperti Gi Lonoy burada piylənmənin rolunu xüsusi vurğulayıb. Dünya Xərçəngin öyrənilməsi institutu artıq çəki və piylənmənin bu xəstəliyə tutulanların 3,6%-nin əsas səbəbkarı olduğu göstərilib. Matilda Tuvye şirələrin tərkibinə əlavə olunan rənglərin, pestisidlərin də müəyyən rol oynadığını bildirsə də, xəstəliyə rəvac verən əsas mexanizmin yenə də şəkər olduğunu dilə gətirib. “Tədqiqatçılar hətta təzə, sıxılmış, şəkər qatılmamış meyvə şirələrinə belə rəhm etməyiblər. Onları da eyni cərgəyə qoyublar”,-deyə “Le Monde”un məqaləsində deyilir. Qəzet hepatoloqların Parisdə keçirilən forumunda gəlinən nəticələrdən yazıb. Buarada əsasən qazlşdırılımş içkinin qaraciyərə təsirindən danışlıb. “Constances” koqorta araşdırmasına görə (2013-2018-ci illərdə 200 min insan üzərində aparılan müşahidə aparılıb) Fransa əhalisinin 18,3%-də qaraciyərdə piy qatı yüklənməsi aşkar edilib. “Əgər gündə bir butulka qazlı içki içsəniz xəstəlik riski 30% yüksələcək.”,-deyə hepatoloq Lourens Sefati qəzetə söyləyib. Lakin ekspert ən çox “fast-fudlar”dan uzaq durulması gərəkdiyini bildirib. Musavat.com