İraqda Türkiyə diplomatını öldürən terrorçu tutulub
İraqın Ərbil şəhərində Türkiyə diplomatını öldürən Mazlum Dağ tutulub. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha 4 terrorçu saxlanılıb. Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.