Şou biznesdən qız almaram, min hoqqadan çıxırlar - QALMAQALLI AÇIQLAMA
Azərbaycanlı müğənni Fəqan Səfərov qalmaqallı açıqlama verib. İfaçı Lent.az -a bildirib ki, şou-biznesdə olan bir qadınla heç vaxt ailə qurmaz: “İndi 21-ci əsrdir, qız tapmaq çətindir. Şou-biznesdə olan bir xanımla ailə qurmazdım. Səbəbi odur ki, şou-biznesdə olan müğənnilərin bir çoxu min hoqqadan çıxırlar. O qadını gətirib evimdə xanım edə bilmərəm. Bir sözlə, mən onlarla evlənə bilmərəm. Biri çıxıb efirdə sponsor, digəri də ər davası edir. Mən toylarda görürəm ki, biri gözüylə, digəri qaşıyla oynayır. Çoxu pulu düşünür. İndi saf sevgi axtaran azdır. 80-90 faizi min hoqqadan çıxanlardır. Xanımların 10-15 faizi yaxşıdır. Qeyrətli, analar bacılar var. Amma əksəriyyəti belə deyil. Əgər mənim sözlərimə kiminsə iradı varsa, nömrəmi çoxu bilir”.
Qeyd edək ki, bu günə qədər şou-biznesdə "Müğənni qız almaram" mövzusu üstündə şou-biznesdə bir çox müğənnilər qalmaqal yaşayıb.