Körpəsi ilə birlikdə yatan ana ona daha yaxşı qulluq etmiş olur - MARAQLI...
Moderator.az xəbər verir ki, uşaqlar doğulduğu gündən ən önəmli məsələlərdən biri də körpənin yuxu düzəni və harda yatmasıdır. Körpələr doğulduqdan sonra düzənləri fərqli olduğu üçün hər an yuxudan oyana biləcəyinə görə bütün ana və atalar körpənin harda yatması haqda qərar verər. Bəs onda ana və körpəsi birlikdəmi yatmalı? Ana və körpənin birlikdə ya da ayrı yatmalarının üstünlükləri nədir? 
Körpə öz otağına necə öyrəşdirilməlidir?
Bəzi analar körpələrini doğulan kimi ayrı otaqda yatırsalar da, digərləri öz körpələri ilə birlikdə yata bilirlər. Ana ilə körpənin birlikdə yatmasında heç bir problem yoxdur. Önəmli olan hamının rahat yuxusunu alaraq günə başlamasıdır. Ana və körpəsi birlikdə yatarkən körpəsinə daha yaxşı qulluq etmiş olur. 
Körpənizlə birlikdə yatmaq sizin üçün çox zövqlüdür, ancaq uşağınızın gec yuxuya gedirsə, demək onun otağını ayrımağın vaxtı çatıb. Buna baxmayaraq körpənizlə otağında yuxu saatından sonra birlikdə vaxt keçirə bilərsiniz. Bir neçə gecə onunla eyni otaqda yata da bilərsiniz. Körpənizin özünü güvəndə hiss etməsi üçün ona yardımçı ola bilərsiniz.

Körpənizlə birlikdə yatmanızın faydaları.
Ana ilə körpənin birlikdə yatması körpənizin özünü güvəndə hiss etməsinə səbəb olur. Bununla da körpə anaya daha yaxın və xoşbəxt olar. Alimlər yeni doğulan körpənin yuxu zamanı həyatı təhlükələrini nəzərə alaraq analarıyla birlikdə yatmasının vacib olduğunu deyir.