Böyrəyində unudulan kateter teli on il sonra tapıldı- Xəstə məhkəməyə müraciət etdi...
Böyrəyində undulan kateter teli on il sonra tapıldı.
 
Moderator.az xəbər verir ki, hadisə Türkiyədə Manisa şəhərində baş verib. Böyrəyinə taxılan 50 santimetrlik kateter telinin 3 ay sonra çıxarılmalı olduğu halda xəstə bundan xəbərsiz olduğu üçün 10 il əziyyət çəkib. 
Dəhşətli hadisə Yasəmən Özcan adlı qadının başına gəlib. Böyrəyində qalan kateter teli on ildən sonra əməliyyat edilərək orda çıxarılıb. Dörd uşaq anası ona 10 ildir ki, zülm edən həkim və xəstəxanadan şikayət edib.  
Qadın deyib ki, üç ay sonra böyrəyindən çıxarılmalı olan kateter teli haqqında ona heç kim, heç nə deməyib və o, da 10 il bu zülmə qatlaşıb. Y.Özcan ona qarşı bunu edənlərin mənəvi və maddi cəhətdən cəzalandırılmasını istədiyini bildirib.