Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi
“Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.
Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.