Hər kəsi aldadıb milyonlarla ölkədən qaçan fırıldaqçının arvadı: “Argentina və Uruqvaya…
“Çiftlik bank”  şirkətinin qurucu olan Mehmet Aydının həyat yoldaşı polisə ifadə verib. Minval.info xəbər verir ki, polis tərəfindən saxlanmış Sıla Aydın ifadəsində həyat yoldaşının qurcusu olduğu saxta şirkət barədə heç bir məlumatının olmadığını deyib. Sonuncu dəfə 2017-ci ildə həyat yoldaşı ilə birlikdə 15 günlük Argentina və Uruqvaya səyahət etdiyini bildirən Sıla Aydın həyat yoldaşı ilə əlaqəsinin kəsildiyini qeyd edib. Qeyd edək ki, “Çiftlik bank” adlı saxta şirkət qurub külli miqdarda pul mənimsəyən Mehmet Aydın daha sonra Uruqvaya qaçmışdı.