Lionel Messi diskvalifikasiya olunub
Argentina milli komandasının və İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb. Xezerxeber.az-ın məlumatına görə, 32 yaşlı hücumçu Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) ünvana səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya edilib. O, DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq. Bundan başqa, futbolçu 1500 dollar cərimə edilib. L. Messi KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub. Qeyd edək ki, turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra L. Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı