Qarabağda erməni hərbçi öldü
Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində erməni hərbçi ölüb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, iyulun 23-dən 24-nə keçən gecə Qarabağda qoşunların təmas xəttinin cənub sahələrinin birində 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan qeyri-müəyyən şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb, daha sonra ölüb