Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi
Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə Azərbaycan və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin adı verilib. Bu barədə deputatlar Dnepr Şəhər Şurasının iyulun 24-də keçirilmiş növbəti sessiyası zamanı müvafiq qərar qəbul ediblər. Bildirilir ki, şəhərin Sobornı rayonundakı 8 Mart küçəsinə azərbaycanlı müğənninin adı veriləcək. Mer Boris Filatov deyib ki, şəhər hakimiyyətinin bu qərarı Dneprdə yaşayan azərbaycanlılara hədiyyədir: “Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara hədiyyədir. Bu, təkcə onlara deyil, Müslüm Maqomayevi sevən bütün valideynlərimizə də hədiyyədir. O, dahi olub”.