“Qarabağ” İrlandiyadan sərfəli nəticə ilə qayıdır
“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu İrlandiyada “Dundalk”ın qonağı olub. “Oriel Park” stadionunda baş tutan qarşılaşmada iki qol vurulub. Hesabı 4-cü dəqiqədə “Qarabağ”dan Mahir Emreli açıb. “Dundallk” 78-ci dəqiqədə Patrik Hobanın qolu ilə bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə yekunlaşıb. Beləliklə, “Qarabağ” səfərdən sərfəli nəticə ilə qayıtmağa nail olub. Təmsilçizim ev oyununda quru hesablı qələbə və istənilən hesablı qələbə ilə mərhələ adlayacaq. Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Albaniyanın “Partizani”, “Dundalk” Latviyanın “Riqa” klubunu mübarizədən kənarlaşdırıb. Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da keçiriləcək. Matç saat 21.00-da start götürəcək. Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun 24 iyul
Dundalk (İrlandiya) – Qarabağ (Azərbaycan) 1:1
Qollar: Patrik Hoban – Mahir Emreli, 4.
Dundalk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k) (21. Daniel Kliri, 83), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni (8. Con Mauntni, 69), 14. Deyni Messi, 18. Robert Benson (16. Şon Murrey, 27), 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 12. Corci Kelli, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (30. Abbas Hüseynov, 53), 6. Simeon Slavçev, 9. Xayme Romero (7. Araz Abdullayev, 87), 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Aylton Silva, 45+3. Simeon Slavçev, 62. Hakimlər: Bartoş Frankovski, Marçin Bonyek və Yakub Vinkler, Daniel Stefanski (Polşa).
Hakim-inspektor: Peter Froydfeldt (İsveç).
UEFA nümayəndəsi: Şarl Şak (Lüksemburq).
Dundalk. “Oriel Park” stadionu.