Tunis Prezidenti öldü
Tunisin prezidenti Beji Kaid əs-Səbsi bu gün çatdırıldığı xəstəxanada dünyasını dəyişib. RİA Novosti xəbər verir ki, bununla bağlı ölkənin prezident administrasiyası məlumat yayıb. Qeyd edək ki, 93 yaşlı siyasətçi bir ay ərzindən üçüncü dəfə sağlamlığındakı problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Əs-Səbsi 2014-cü ildən Tunis prezidenti idi.