Trampdan Zelenskiyə təklif
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trump ilə telefon danışığı aparıb.

Modern.az  xəbər verir ki,  bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.

Söhbət əsnasında ABŞ Prezidenti Zelenskini “Xalqın xidmətçisi” partiyasının 21 iyul parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Trampın fikrincə, yenilənmiş Ukrayna hakimiyyəti ölkənin imicini sürətlə yaxşılaşdırmaqla yanaşı, Kiyev və Vaşinqtonun qarşılıqlı fəaliyyətinə mane olan korrupsiya hadisələrini də araşdıra bilər.

Məlumatda o da deyilir ki, prezidentlər Zelenskinin ABŞ-a səfəri zamanı ikitərəfli münasibətləri əsaslı şəkildə müzakirə etmək barədə razılığa gəliblər.