Bakıda “New Yorker”də satılan köynək etirazla qarşılandı - Foto
Bakıda yerləşən “New Yorker” mağazasında satılan köynək birmənalı qarşılanmayıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən köynəyin üzərinə ingiliscə söyüş yazılması sosial şəbəkədə həm müzakirəyə, həm də etiraza səbəb olub. Bildirilir ki, həmin köynək Bakının Əhmədli qəsəbəsində yerləşən “New Yorker” geyim dükanında satılır. Müştəri məsələ ilə bağlı satıcılara irad bildirsə də, bunun heç bir faydası olmayıb.