“Neftçi” səfərdən qələbə ilə dönür
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” səfərdə “Arsenal”la (Tula, Rusiya) qarşılaşıb. Oxu.Az xəbər verir ki, Tulanın “Arsenal” stadionunda keçirilən görüş başa çatıb. Görüşün 45-ci dəqiqəsində Dario Federikonun vurduğu qol “Neftçi”yə səfər qələbəsi qazandırıb. Avropa Liqası II təsnifat mərhələsi İlk oyun 25 iyul 21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” – 0:1 Qol: Dario Federiko, 45 Baş hakim: Enea Yorqyi