NBA ulduzunun arvadı 9 ildən sonra cinayəti etiraf etdi - 1 milyon dollara görə..
9 il əvvəl öldürülən NBA oyunçusu Lorenzen Raytın cinayəti işi ilə bağlı sensasion detallar məlum olub.  Avropa.info xəbər verir ki, 2010-ci ildə vurularaq öldürülən NBA oyunçusunun arvadı Sherra Rayt hadisədən 9 il sonra cinayətə yardım və vasitəçilik etdiyini etiraf edib.  2010-cu ildə sirrli bir şəkildə yoxa çıxdıqdan sonra vurularaq öldürüldüyü müəyyən edilən NBA oyunçusu Lorenzen Raytın həyat yoldaşı Sherra Rayt məhkəmədə cinayətə yardım və vasitəçilik etmə iddialarını qəbul edib.  Son dakika haberi: NBA yıldızının ölümünden 9 yıl sonra karısı suçlamaları kabul etti! 1 milyon dolarlık sigorta parası için...
 Hakim, Sherra Raytı 30 il həbs cəzasına məhkum edib. Sherra Rayt cəzasının 30 faizini çəkdikdən sonra şərtli şəkildə həbsdən azad oluna bilər. Bu da Sherra Raytın ən azı təxminən 9 il həbsdə qalacağı anlamına gəlir.Prokurorların hazırladığı ittihamnaməyə əsasən Sherra Rayt, Lorenzen Raytın qətlini planlaşdırıb. Ancaq ilk plan müvəffəqiyyətsiz olunca, Sherra Rayt cinayəti Billy Turnerə sıfariş edib. Medianın iddiasına görə, Sherra Rayt və Turner sevgili olublar.
 
Sherra Rayt, sığorta şirkətindən Lorenzen Raytın həyat sığortası olaraq 2014-cü ildə 1 milyon dollar alıb və bu pulu 6 uşağına istifadə edəcəyi haqda müqaviləyə imza atıb.   Sherra Rayt həyat yoldaşının ölümünə kömək etmə səbəbinin 1 milyon dollarlıq həyat sığortasını ələ keçirmə istəyi olduğunu etiraf edib.