NATO Qafqazda təlimə başlayır
Bu gün Gürcüstanda NATO-nun “Çevik ruh 2019” təlimi start götürəcək. Axar.az xəbər verir ki, təlimdə ümumilikdə 14 ölkənin iştirakı nəzərdə tutulub. 9 avqusta qədər davam edəcək təlimə 3 min hərbçi cəlb ediləcək. Qeyd edək ki, “Çevik ruh” artıq 9-cu dəfədir Gürcüstanda baş tutur.