Kütləvi uşaq məzarlığı aşkarlandı
Kot-d'İvuarın şimal-qərbində yerləşən Qaqnoa ərazisində kütləvi uşaq məzarlığı aşkar edilib.
Qaynarinfo xəbər verir ki, qazıntı işləri aparan kişinin polisə müraciəti nəticəsində qara çantada çürümüş 25 körpənin cəsədi tapılıb. 
Hadisə ilə əlaqədar təhqiqata başlanılıb. Azyaşlıların orqan mafiyası və ya dini ayinin qurbanı olduğu güman edilir.