Moskvada kütləvi həbslər: Mitinqdən öncə müxaliflər tutulur
Rusiyanın Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə keçiriləcək mitinqdən öncə polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu sözləri Jdanov öz Tvitter səhifəsində paylaşıb. “Mən saxlanılmışam. Hər kəsə xoş günlər. Rusiya müstəqil olacaq”, – deyə o bildirib. Jdanovdan başqa meriya qarşısında dizayner Konstantin Konovalov da saxlanılıb. O, səhər qaçışına çıxdığı vaxt meriya qarşısında həbs edildiyini bildirib.