Trampdan sərt sözlər: “Makronun axmaqlığına cavab verəcəyik”
ABŞ prezidenti Donald Tramp Fransanın aralarında ABŞ firmalarının da olduğu böyük texnologiya şirkətləri üçün tətbiq ediləcək yeni vergi nizamnaməsinə “Emanuel Makronun axmalığına cavab verəcəyik”- şəklində reaksiya göstərib. Musavat.com xəbər verir ki, Tramp Tvitter hesabı vasitəsilə verdiyi açıqlamada Fransanın böyük texnologiya şirkətlərinə tətbiq edəcəkləri yeni vergi qanunu tənqid edib və E. Makronu hədəf alıb.     dont.PNG (21 KB) “Fransa böyük Amerika şirkətlərinə yeni vergi tətbiq edib. Birisi bu şirkətlərə vergi tətbiq etməlidirsə, o ABŞ olar. Makronun bu axmaqlığına qısa müddətdə cavab veriləcək”- deyə açıqlama verib. Xatırladaq ki, Fransa parlamenti “Google”, “Apple”, “Amazon”, “İnstagram” kimi internet nəhənglərinin ölkədən əldə etdiyi gəlirlərin müəyyən bir hissəsinə vergi tətbiq edilməsi ilə bağlı qanunu 11 iyulda təsdiqləyib. Yeni vergi nizamnaməsinə görə, internet nəhəngləri ölkədən əldə etdiyi gəlirlərin yüzdə 3-ü qədrini vergi kimi ödəməlidir. “Google”, “Amazon”, “Facebook”, “İnstagram” başda olmaqla 30-a qədər belə şirkətə tətbiq olunacaq vergilərdən Fransanın bu il 400 milyon, gələn il üçün isə 650 milyon gəlir əldə etməsi nəzərdə tutulub.