ABŞ-da yaşlı insanlar arasında intiharlar ARTIB
Amerika Birləşmiş Ştatlarında yaşlılar arasında intihar halları artıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzindən verilən məlumatda qeyd olunub.   2017-ci ildə baş verən 47 min intihar hadisəsindən 8500-dən çoxu 65 yaşdan yuxarı insanlarda arasında olub.   İntiharın ən çox baş verdiyi ikinci yaş  qrupu  85 yaşdan yuxarı olan insanlarda  müəyyənləşdirilib.    İntihara cəhdin daha çox kişilərin arasında müşahidə olunduğu bildirilir. Bu hadisəyə əsas səbəb kimi isə yaşlı şəxslərin yalnız olduqları göstərilib. Xüsusilə ailə üzvlərini, yaxınlarını itirən 65 yaşdan yuxarı insanlar depressiyaya tez düşərək çıxış yolunu intiharda görür.    Səbəblər arasında revmatizm, yüksək diabet və təzyiq xəstəliklərinin olması da var.   Qeyd edək ki, ABŞ-da hər 4 yaşlı şəxsdən biri intihara cəhd etdiyi halda bu rəqəm gənclər arasında 200 nəfərdə bir müşahidə olunur.