Aleksandr Səmədov karyerasını bitirdi
Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov peşəkar karyerasını başa vurub.
Qaynarinfo xəbər verir ki, bu haqda futbolçu rəsmi "Instagram" səhifəsində məlumat yayıb. Səmədov karyerası ərzində ona dəstək olan klublara, məşqçilərə, həkimlərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Səmədov karyerası ərzində Moskvanın "Spartak", "Lokomotiv", "Moskva", "Dinamo" klublarında çıxış edib. O, son olaraq "Krılya Sovetov"da forma geyinib. 
O, 2003-cü ildə "AVRO-2004"ün seçmə mərhələsində Finlandiya ilə oyuna hazırlıq ərəfəsində baş məşqçi Əsgər Abdullayev tərəfində Azərbaycan millisininə dəvət alıb. Lakin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirməyə rəqib tapılmadığı üçün onun yığmadakı debütü baş tutmayıb. Səmədov daha sonra Azərbaycan millisinə gəlməkdən imtina edib. 2011-ci ildə seçimini Rusiya millisinin lehinə edib və 2018-ci ilə qədər həmin komandada oynayıb (53 oyun, 7 qol).
Səmədov "Krılya Sovetov"dan ayrıldıqdan sonra karyerasını Rusiyadan kənarda davam etdirə biləcəyini bildirmişdi. O, verdiyi müsahibədə ad açıqlamasa da, Azərbaycan klubularından birindən də dəvət aldığını söyləmişdi.
Onu da qeyd edək ki, Aleksandr Səmədovun atası azərbaycanlı, anası isə rusdu. Atası Şahmar Səmədovuzun illər Rusiyada yaşayıb.