İranın sabiq vitse-prezidenti edama məhkum edildi
İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Nəcəf edama məhkum edilib.
Qaynarinfo xəbər verir ki, 67 yaşlı M.Ə.Nəcəfi 28 mayda 35 yaşlı həyat yoldaşı Mitra Ostadı silahla vuraraq öldürüb. 
Qeyd edək ki, Nəcəfi İranın təhsil naziri, vitse-prezident, Tehranın bələdiyyə sədri kimi yüksək vəzifələri tutub.