“Google”dan yenilik: Bu smartfonları toxunmadan idarə edə biləcəksiniz - VİDEO
"Google" "Pixel 4" smartfonlarına jestlə idarəetmə və sifətin köməyi ilə blokdan çıxarma funksiyalarını əlavə edəcək. "Legion" AzNews.az-a istinadla bu barədə şirkətin bloquna istinadən xəbər verir. Şirkət "Google ATAP" şöbəsinin son beş il ərzində üzərində işlədiyi "Soli" texnologiyasından istifadə edib. Smartfonun yuxarı hissəsində jestləri və istifadəçinin cihazın yanında olduğunu seçə bilən radar quraşdırılıb. "Google" bildirir ki, Pixel 4" "Soli" qurğusu və "Motion Sense" funksiyasını dəstəkləyən ilk smartfon olacaq. Məsələn, onun köməyi ilə istifadəçilər mahnıları dəyişə, bildirişləri və gələn zəngləri söndürə biləcəklər.
 Qeyd edək ki, "Google"un "Pixel 4"ü cari ilin oktyabrında təqdim edəcəyi gözlənilir.