ABŞ Zərifə qarşı da sanksiya tətbiq etdi
ABŞ hökuməti İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, Zərif xüsusi kateqoriyalı şəxslər siyahısına daxil edilib. Onun adının ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin sanskiyalar siyahısında yer aldığı bildirilib.