Sabahın hava proqnozu açıqlanıb
Avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.