Bu həftə meteor yağışı olacaq
Avqust ayının ilk yarısında “Perseid” meteor yağışı gözlənilir.
"Legion" xəbər verir ki, Şimal yarımkürəsində aydın müşahidə ediləcək yağış 2-4 avqustda başlayacaq, 11, 12, 13 avqustda pik həddə çatacaq.
Kosmik hadisə zamanı saatda 70-ə yaxın meteorun düşməsi gözlənilir.